Azərbaycan artilleriyaçıları “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar

Hərbi
  • 08 avqust, 2017
  • 15:03
Azərbaycan artilleriyaçıları “Artilleriya atəşinin ustaları” müsabiqəsinin finalına vəsiqə qazanıblar
Müdafiə Nazirliyi

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanın minaatan heyəti “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında “Artilleriya atəşinin ustaları” müsabiqəsinin növbəti mərhələsini müvəffəqiyyətlə başa vuraraq beynəlxalq müsabiqənin finalına yüksəliblər.

Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, finalda Azərbaycan artilleriyaçıları ilə yanaşı, Rusiya, Belarus və Qazaxıstan komandaları da güclərini sınayacaqlar.

44 filmi