"ADEX 2026"da Türkiyə istehsalı olan PAMİR 4x4 hərbi nəqliyyat vasitəsi ilk dəfə nümayiş olunub

Hərbi
  • 30 sentyabr, 2026
  • 15:08
ADEX 2026da Türkiyə istehsalı olan PAMİR 4x4 hərbi nəqliyyat vasitəsi ilk dəfə nümayiş olunub

Türkiyənin BMC şirkətinin istehsal etdiyi PAMİR 4x4 taktik təkərli nəqliyyat vasitəsi Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə nümayiş olunub.

"Report"un məlumatına görə, nəqliyyat vasitəsi yük və heyət daşınması üçün nəzərdə tutulmuş çoxtəyinatlı taktiki zirehli maşındır.

O, şəxsi heyətin və yüklərin çətin ərazi şəraitində təhlükəsiz daşınması üçün kamuflyaj rənglənməsinə, müasir işıqlandırma sistemlərinə və möhkəm ön barmaqlıq strukturuna malikdir.