ADEX 2026-da Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 adda məhsul nümayiş olunur
- 01 oktyabr, 2026
- 14:47
Yeniliklərdən dərhal xəbərdar olun!
ADEX 2026-da 53 ölkədən 280 şirkət və 59 xarici şirkətin nümayəndə heyəti iştirak edir.
"Report"un məlumatına görə, bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Aparatının rəhbəri Samir Ağababayev ADEX 2026 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, sərginin dördüncü pavilyonunda Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan 130 adda məhsul nümayiş olunur:
"Bunlar içərisində silahlı quru robotu, kamikadze insansız quru robotu və təkərli insansız quru robotu yeni məhsullardır".
Aparat rəhbəri həmçinin bildirib ki, Azərbaycan və Türkiyənin birgə istehsal etdiyi zərbə PUA-sı da sərgidə ilk dəfə nümayiş olunur:
"Kamikadze tipli dronun uzunluğu 3.5 metr, qanadının uzunluğu 3.2 metr, uçuş saatı isə 2 saatdır".
Samir Ağababayev əlavə edib ki, sərgidə ilk dəfə nümayiş olunan yeniliklərdən biri də düşmənin digər pilotsuz uçuş aparatlarını zərərsizləşdirmək üçün nəzərdə tutulan "BARS" interseptor dronudur:
"Bundan başqa, "Boran" dronu, "Qırat" ailəsinə daxil olan kamikadze dronları və "Batur FPV" pilotsuz uçuş aparatı da sərgidə təqdim olunur".