"Zeytun bağları"nda qonşusunu öldürənin şikayəti təmin edilməyib
- 02 oktyabr, 2019
- 10:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Dostəli Abuzərov barəsindəki hökmdən apellyasiya şikayətinə baxılıb.
"Report" xəbər verir ki, hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyanın icraatında olan iş üzrə qərar elan edilib.
Qərara əsasən, D.Abuzərovun şikayəti təmin edilməyib və barəsindəki hökm dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Dostəli Abuzərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib.
Hadisə ötən il sentyabrın 16-da Bakının Suraxanı rayonunda baş verib. Rayonun "Zeytun bağları" adlanan çöllük ərazisində 1979-cu il təvəllüdlü D.Abuzərov mübahisə zəminidə qonşusu, 1977-ci il təvəllüdlü Sərhəng Qədirovu bıçaqlayaraq öldürüb.