Zaqatalada xəsarətlə nəticələnən yol qəzası oldu

Hadisə
  • 02 aprel, 2020
  • 23:48
Zaqatalada xəsarətlə nəticələnən yol qəzası oldu

Zaqatalada xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması zamanı 1981-ci il təvəllüdlü Ömərov Ramin Süleyman oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ sirkə kasasının və topuğun sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb.