Zaqatala, Quba, Bərdə və Ağcabədidə tullantıların qalaqlanması faktı aşkarlanıb - YENİLƏNİB
- 14 iyul, 2023
- 13:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Ağcabədi sənaye və məişət tullantılarının qalaqlanması aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində birgə keçirdikləri tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə rayonun Hacıbədəlli və Pərioğullar kəndlərinin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Ərazinin zibillənməsi halları ilə bağlı keçirilən digər təfbirlərlə 8 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
"Son 6 ay ərzində rayon ərazisində bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ümumilikdə 124 nəfər barəsində müvafiq qaydada protokollar tərtib edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.
15.46
Qubada sənaye və məişət tullantılarının qalaqlanması aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Möhüc kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Möhüc kənd bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.
Ərazinin zibillənməsi halları ilə bağlı ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub.
Bu istiqamətlərdə tədbirlər davam etdirilir.
15.34
Zaqatalada sənaye və məişət tullantılarının qalaqlanması aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayonu ərazisində birgə keçirdikləri tədbirlər zamanı Faldarlı, Mosul və Kəpənəkçi kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə həmin kəndlərin bələdiyyə sədrləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Həmçinin, keçirilən tədbirlər zamanı çirkab sularını su hövzəsinə axıdan şəxslər müəyyən edilib. Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb ediliblər.