Zaqatalada piyadanı vuraraq qaçan sürücü saxlanılıb - VİDEO - YENİLƏNİB-3
- 07 oktyabr, 2018
- 08:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Zaqatala. 7 oktyabr. REPORT.AZ/ Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi zamanı piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb.
"Report” un Şimal-qərb bürosunun məlumatına görə, dünən axşam saatlarında rayonun Muxax kəndi ərazisində 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğlunu "Mercedes Benz" markalı avtomobillə vuran Bakı şəhər sakini Oktay Mirzəyev Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***10:37
Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən piyadanın şəxsiyyəti məlum olub.
“Report” un Şəki-Zaqatala bürosunun məlumatına görə, bu, 1953-cü il təvəllüdlü İbiyev Abdurəhman İsmayıl oğludur.
A.İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb və evə gedirmiş. Mərhumun içkili olduğu bildirilir.
***10:35
Video əlavə olunub
***21:21
Zaqatala rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonunun Muxax kənd inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələ ki, markası müəyyən edilməyən minik maşını yolla gedən 60 yaş civarında olan Abdurəhman adlı Muxax kənd sakinini vurub. Qəzadan sonra minik maşını hadisə yerindən uzaqlaşıb. Abdurəhman aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.