Zaqatalada mənzildə yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
Hadisə
- 18 noyabr, 2023
- 22:15
Zaqatalada mənzildə baş verən yanğın nəticəsində bir nəfər tüstüdən zəhərlənib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən beşmərtəbəli binanın 12-ci mənzilində baş verib.
Belə ki, Lalə İlyasovaya məxsus evin mətbəxində olan paltaryuyan maşın anidən alışıb. Nəticədə mətbəx mebeli də yanıb.
Yanğın qonşuların köməyi ilə söndürülüb. Lakin evdə yaranan güclü tüstü nəticəsində ev sahibinin qardaşı qızı, 1990-cı il təvəllüdlü Maya Məmmədova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Qeyd edək ki, ev sahibi Lalə İlyasova bölgədə tanınmış müğənnidir. Onun bir ay öncə də Qax rayon Zərnə kəndində yerləşən fərdi yaşayış evi yanmışdı.
Son xəbərlər
09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (09.09.2026)
Maliyyə08:56
Şimali Kiprdə batan gəminin 14 sərnişinin axtarışlarına mütəxəssislər cəlb ediləcək
Region08:45
Rusiyanın şərqində ayılara görə yüksək hazırlıq rejimi tətbiq edilib
Region08:41
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (09.09.2026)
Maliyyə08:32
ABŞ sentyabrın 29-dan bir sıra Kanada mallarının tədarükünü qadağan edir
Digər ölkələr08:20
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:00
Kuala-Lumpurdakı festivalda Azərbaycan haqqında məlumat verilib
Mədəniyyət siyasəti07:35
Kolumbiya ABŞ ilə birlikdə dronlara qarşı mübarizə sistemlərini modernləşdirmək istəyir
Digər ölkələr07:07