Zaqatalada gənc qızı maşın vurub, vəziyyəti ağırdır
Hadisə
- 15 noyabr, 2018
- 08:16
Zaqatala.15 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Oruc Abdulməcid oğlu Şabanov idarə etdiyi “Naz-Lifan” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Yuxarı Tala sakini, 22 yaşlı Məryəm Nəriman qızı Həmzəyevanı vurub.
Yaralı qadın Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ağır kəllə beyin travması və beyinin əziyi diaqnozu qoyulub. Onun müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır, vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Zaqatala rayon Polis şöbəsində araşdırma aparılır.
Son xəbərlər
05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50
Dambrauskas: "Mançester Yunayted" uşaqlıqdan dəstəklədiyim klubdur, bu məğlubiyyət böyük təcrübədir"
Futbol01:36