Zaqatalada fındıq bağları yanıb - FOTO
Hadisə
- 19 avqust, 2015
- 12:37
Bakı. 19 avqust. REPORT.AZ/ Zaqatala rayonu ərazisində yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, rayonun Aşağı Tala kənd ərazisində iki hektara yaxın fındıq bağı və 4 hektar quru ot, yol kənarındakı quru kol-kos yanıb.
Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə xidmətinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb olunub. Yanğının əhatəsinin genişlənməsinin qarşısı alınıb və yaxınlıqdakı hektarlarla fındıq bağları yanğından mühafizə olunub.
Yanğın iki saat ərzində söndürülüb.
Faktla bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Zaqatala rayon Yanğından Mühafizə hissəsində araşdırma aparılır.
Son xəbərlər
16:15
"Nyukasl" Jorj Mikautadzeni transfer etmək istəyir
Futbol16:05
Azərbaycan iyulda stolüstü kompüter istehsalını 24 % artırıb
İKT16:05
Yelizaveta Ruban: "Avropa çempionatında növbəti mərhələyə yüksəlmək istəyirik"
Komanda16:02
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 1 % azalıb
Energetika15:49
Bakı-Tbilisi-Ərzurum kəmərilə 7 ayda 13 milyard kubmetrdən çox qaz ötürülüb
Energetika15:48
Azərbaycan Rusiyaya qarpız satışından qazancını 3 dəfəyə yaxın artırıb
Biznes15:46
"Gəncəbasar" klubu fəaliyyətini Gəncədə davam etdirəcək
Futbol15:45
Tramp: Hörmüz boğazındakı fəaliyyətə mane olacağı təqdirdə Omanı bombalayacağıq
Digər ölkələr15:44