Zaqatalada 19 yaşlı gənc toyda bıçaqlanıb
Hadisə
- 13 noyabr, 2015
- 06:12
Bakı. 13 noyabr. REPORT.AZ/ Zaqatala rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Dağlı kəndində qeydə alınıb.
Belə ki, kənddə fəaliyyət göstərən şadlıq evində keçirilən toy mərasimində rayonun Faldar kənd sakini 19 yaşlı Ruhi Abdullayev bıçaqlanıb.
Yaralı qarın boşluğunun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq xəsarətləri diaqnozu ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun üzərində cərahiyyə əməliyyatı aparılıb və vəziyyəti orta-ağır olaraq qalır.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. Cinayəti törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Son xəbərlər
09:54
FHN: Ötən həftə 685 yanğına çıxış olub, 13 nəfərin meyiti aşkarlanıb
Hadisə09:47
Almaniyada İkinci Dünya Müharibəsinə aid 250 kiloqramlıq təyyarə bombası aşkarlanıb
Digər ölkələr09:46
Naxçıvan və Şərurun bəzi ərazilərində qaz olmayacaq
Energetika09:40
Foto
MSİM-in ədliyyə sistemində süni intellekt yanaşması beynəlxalq peşəkar müzakirədə diqqət çəkib
İKT09:37
"San-Paulu" klubu 39 yaşlı Ceymi Vardiyə təklif göndərib
Futbol09:17
Belqorod vilayətinə raket hücumu nəticəsində 6 nəfər həlak olub
Region09:09
AQP: İyulda avtomobillər 5 % ucuzlaşıb
İnfrastruktur09:07
Premyer Liqada I tura bu gün yekun vurulacaq
Futbol09:07