Zaqatalada 10 gün əvvəl itkin düşmüş şagird tapıldı

Hadisə
  • 12 fevral, 2020
  • 18:41
Zaqatalada 10 gün əvvəl itkin düşmüş şagird tapıldı

Zaqatalada itkin düşən rayon sakini tapılıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 2004-cü il təvəllüdlü Qardaşov İmran İlqar oğlu tapılıb.

Məlumata görə, 16 yaşlı məktəbli Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, İ.Qardaşov fevralın 2-də itkin düşüb.