Zaqatala sakinindən tapança aşkar edilib

Hadisə
  • 04 oktyabr, 2019
  • 08:52
Zaqatala sakinindən tapança aşkar edilib

Zaqatala sakinindən tapança aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mahamalar kənd sakini S.Qaracayevdən nömrəsi silinmiş “Revolver” tipli tapança aşkar edilərək götürülüb.