Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb

Hadisə
  • 29 yanvar, 2026
  • 12:14
Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb

Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində sürət yarışı təşkil edən sürücülər saxlanılıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma başlanılıb.

Müəyyən edilib ki, 23 yanvar 2026-cı il tarixində X. Hümbətovun idarə etdiyi "Chevrolet Cobalt" markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.

Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti