Yevlaxda xəstəxananı tərk edən COVID-19 xəstəsi müəyyən edildi
Hadisə
- 17 dekabr, 2020
- 09:01
Yevlax rayonunda aktiv karonavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində COVID-19 xəstəsi kimi qeydiyyatda olan rayon sakini Zeynal Məmmədovun müalicə aldığı rayon Mərkəzi Xəstəxanasını tərk edərək karantin qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.
Həmin şəxs müəyyən edildiyi ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldığı xəstəxanaya geri qaytarılıb. Onunla proflaktiki mövzuda söhbətlər aparılıb, təyin edilmiş müalicənin sona qədər davam etdirilməsinin zəruruliyi diqqətinə çatdırılıb.
Yevlax RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Son xəbərlər
12:07
Azərbaycan və Özbəkistan Baş prokurorluqları arasında əməkdaşlıq sənədi imzalanıb
Digər12:05
Bəqai: İran vasitəçilərdən ABŞ ilə gərginliyin azaldılmasına dair təkliflər alıb
Region12:04
Ukrayna Qara və Azov dənizlərində 7 gəminin vurulduğunu bəyan edib
Digər ölkələr12:04
Azərbaycan avarçəkənləri Avropa çempionatına qatılacaqlar
Fərdi12:02
Azərbaycan İsveçrəyə qızıl tədarükündən qazancını 38 %-dən çox artırıb
Biznes11:54
Azərbaycan "Chartered Insurance Institute"la strateji tərəfdaş olacaq
Maliyyə11:50
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb
Elm və təhsil11:43
Foto
Xaçmazda heyvan bazarı fəaliyyətə başlayıb
Daxili siyasət11:40