Yevlaxda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
- 02 oktyabr, 2025
- 15:18
Yevlax rayonu ərazisində 1996-cı il təvəllüdlü Xəyal Zeynalovu qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə "Report"a Yevlax rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı 1999-cu il təvəllüdlü Mahir Baxşalızadənin rayon ərazisində yerləşən kafelərdən birində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Xəyal Zeynalovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahir Baxşalızadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son xəbərlər
11:31
Ötən ay KTM-ə zəhərlənmə diaqnozu ilə 85 nəfər müraciət edib, 4-ü ölüb
Sağlamlıq11:29
Fərid Osmanov: "Azərbaycanda startapların maliyyəyə əlçatanlığında çətinliklər var"
İKT11:23
İstanbulda avtosənayə kompleksində yanğın olub
Region11:23
Aydın Süleymanlı: "Niderlandda keçirilən turnirdəki nəticəmdən çox da razı qalmadım"
Fərdi11:15
"Xankəndi" klubu heyətini yeni futbolçu ilə gücləndirib
Futbol11:15
Azərbaycanda innovasiya qanunvericiliyi daha da təkmilləşdiriləcək
İKT11:15
Binəqədinin bəzi ərazilərində işıq olmayacaq
Energetika11:14
Qardabanidə qızqaçırma faktı ilə bağlı üç nəfər saxlanılıb
Region11:11