Yevlaxda orta yaşlı kişi güllələnərək su kanalına ataılıb - YENİLƏNİB

Hadisə
  • 23 sentyabr, 2017
  • 07:39
Yevlaxda orta yaşlı kişi güllələnərək su kanalına ataılıb - YENİLƏNİB

Yevlax. 23 sentyabr. REPORT.AZ/ Yevlaxda güllələnərək su kanalına atılan şəxsin kimliyi məlum olub. 

"Report"un Şirvan bürosunun məlumatına görə, bu, rayonun Havarlı kənd sakini, 1984-cü il təvəllüdlü Bəkir Şubay oğlu Bəkirovdur.

Hazırda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilən yaralının durumu ağır olaraq qiymətləndirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

B.Bəkirovun müddətdən artıq xidmət edən hərbi qulluqçu olduğu bildirilir.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


***10:16

Yevlax. 23 sentyabr. REPORT.AZ/ Yevlax rayonunda orta yaşlı kişini ov tüfəngi ilə güllələyərək su kanalına atıblar.  

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın 22-dən 23-nə keçən gecə Yevlax rayonunun Havarlı kəndində qeydə alınıb. 

Belə ki, hələlik adı məlum olmayan şəxs güllələnərək su kanalına atılıb. Onu yaralı və huşsuz vəziyyətdə kənd sakinləri tapıblar. 

Hadisə yerinə dərhal Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları çağrılıb. Yaralı təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Daha sonra sakinlər hadisə barədə polisə məlumat veriblər.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.