Yevlaxda ağac qırılaraq uşağın üstünə aşıb
Hadisə
- 09 oktyabr, 2015
- 19:38
Bakı. 10 oktyabr. REPORT.AZ/ Yevlaxda iri çinar ağacının budaqları qırılaraq 9 yaşlı uşağın üzərinə düşüb.
"Report" xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Yerli sakinlər budaqların qırılmasını havanın küləkli olması ilə əlaqələndiriblər. Hadisə zamanı xəsarət alan Sərxan Həsənov dərhal xəstəxanaya aparılıb. O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Təbiət hadisəsi nəticəsində elektrik xəttləri qırıldığından, Babək küçəsinə elektrik enerjisi verilişində fasilələr yaranıb.
Son xəbərlər
04:07
CENTCOM: ABŞ mindən çox gəminin Hörmüz boğazından keçməsinə kömək edib
Digər ölkələr03:54
CNN: Kaliforniyada Trampın qolf klubunun yaxınlığında silahlı şəxs saxlanılıb
Digər ölkələr03:35
Mask "SpaceX"in orbitə ildə 10 milyon tona qədər yük çıxarmağı planlaşdırdığını açıqlayıb
Digər ölkələr03:03
CNN: Pentaqonun əsas döyüş sursatı ehtiyatları təhlükəli dərəcədə azalıb
Digər ölkələr02:44
Rusiya Kiyevə zərbələr endirməyə başlayıb
Digər ölkələr02:14
"SpaceX" IPO-dan sonra 541 milyon dollar rüblük zərər açıqlayıb
Digər ölkələr01:42
Avstriyada yeni temperatur rekordu qeydə alınıb
Digər ölkələr01:13
Argentinada 45-dən çox taxıl gəmisi tətil səbəbindən limanı tərk edə bilmir
Digər ölkələr00:50