Yevlax və Mingəçevirdə selin törətdiyi fəsadlar aradan qaldırılır

Hadisə
  • 12 iyun, 2024
  • 10:55
Yevlax və Mingəçevirdə selin törətdiyi fəsadlar aradan qaldırılır

Fövqəladə Hallar Nazirliyinin (FHN) regional mərkəzləri Mingəçevir və Yevlax şəhərlərində selin törətdiyi fəsadların aradan qaldırılmasına cəlb olunub.

"Report"-un hadisə yerinə ezam olunan əməkdaşının verdiyi məlumata görə, intensiv yağışdan sonra FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb edilib.

Su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər görülüb, o cümlədən, köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, ötən gecə yağan intensiv yağışlar nəticəsində Mingəçevir və Yevlax şəhərlərinin bir sıra küçə və prospektlərində su basması halları qeydə alınıb.