Yeni Günəşlidə elektrik cərəyanı vuran gənc xəstəxanada vəfat edib

Hadisə
  • 20 oktyabr, 2023
  • 14:03
Yeni Günəşlidə elektrik cərəyanı vuran gənc xəstəxanada vəfat edib

Yeni Günəşlidə elektrik cərəyanı vuran gənc xəstəxanada vəfat edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, oktyabrın 18-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 2008-ci il təvəllüdlü Tunar Bayramovun növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.