Yasamalda piyadanı vuraraq ağır yaralayan sürücü qaçıb
Hadisə
- 25 noyabr, 2017
- 03:33
Bakı. 25 noyabr. REPORT.AZ/ Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1959-cu il təvəllüdlü Nadirov Rauf Əziz oğlu Yeni Yasamal yaşayış massivində yerləşən "Qismət" şadlıq sarayı yaxınlığında yolu keçmək istəyən zaman onu avtomobil vurub.
Qəzanı törədən sürücü ərazidən qaçıb. Yaralı yaxınlıqda olan şəxslərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Hadisənin baş verdiyi ərazidəki Təhlükəsiz Şəhər Kamerasında qeydə alınan görüntülərdən aydın olub ki, piyadanı "BMW" markalı minik avtomobili vurub. Hazırda sürücü axtarılır.
Son xəbərlər
02:12
Zərdabda dəhşətli yol qəzası baş verib, 5 nəfər yanaraq ölüb
Hadisə02:08
Antalya, Mersin və Adanadakı meşə yanğınları ilə mübarizə davam edir
Region01:44
Messi İspaniyanın "Eldense" klubunu almaq barədə razılığa gəlib
Futbol01:31
ISNA: ABŞ ordusu Cask sahillərində mülki gəmini atəşə tutub - YENİLƏNİB-2
Region00:58
UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
Futbol00:07
SEPAH: Küveyt və Bəhreyn limanlarındakı bütün neft tankerləri hədəf alınacaq
Region23:58
Abdullah Zubir Səudiyyə Ərəbistanı klubunda çıxış edə bilməyəcək
Futbol23:52
Muxtar Babayev: İqlim dəyişikliyi fermerlərin istehsal şəraitinə təsir edir
İnfrastruktur23:36