Bakının Yasamal rayonunda mənzildə yanğın baş verib
Hadisə
- 19 aprel, 2019
- 18:43
Bakının Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən hündürmərtəbəli yaşayış binasında yanğın olub.
"Report" xəbər verir ki, hadisə binanın 3-cü mərtəbəsində, Muxtar Mollayevə məxsus mənzildə baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşını cəlb edilib. Yanğın söndürülüb.
İlkin ehtimala görə, yanğına səbəb yuxarı mərtəbədən atılan siqaret olub. Eyvanda tezalışan konstruksiyalar olduğuna görə, alov daha da yayılıb və mənzilin 2 otağı tamamilə yanıb.
Son xəbərlər
03:53
"The Time": Körfəz ölkələri artıq ABŞ-nin "təhlükəsizlik çətiri"ni etibarlı saymır
Digər ölkələr03:21
CENTCOM: Hörmüz boğazında "Alqaya" tankerinə hücum edilib
Digər ölkələr02:46
"Anthropic", "OpenAI" və "Google" süni intellekt üzrə təşkilatın yaradılmasını müzakirə edirlər
Digər ölkələr02:09
Filippe Koutinyo "Santos" komandasına qoşulub
Futbol01:38
Metsola: Avropa Parlamenti Kanadada nümayəndəlik açacaq
Digər ölkələr01:13
Aleksandar Vuçiç vəzifəsindən istefa verəcəyi dəqiq tarixi açıqlayıb
Digər ölkələr00:42
Komorun Sərhəd Xidməti 116 qanunsuz miqrantı daşıyan gəmini saxlayıb
Digər ölkələr00:14
Ermənistanın Qarabağ reaksiyası sülh prosesində etimad problemini aktuallaşdırıb - ŞƏRH
Analitika00:00