Yasamalda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb -YENİLƏNİB
- 10 iyun, 2026
- 20:18
Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasındakı obyektdə baş vermiş yanğın söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
FHN-dən bildirilib ki, qurumun qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Eyni zamanda yanğınla bağlı polis əməkdaşları da dərhal əraziyə cəlb olunublar. Hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər görülüb.
Bakının Yasamal rayonunda yerləşən obyektdə yanğın baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə rayonun Həsən bəy Zərdabi küçəsində yerləşən obyektdə yanğın olması barədə məlumat daxil olub.
Məlumat əsasında dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.