Yardımlıda baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 02 sentyabr, 2025
- 12:59

Yardımlıda tikilidə baş verən yanğın söndürülüb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və texnikası hadisə yerində cəlb olunandan qısa bir müddət sonra yanğın söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
Yardımlıda tikilidə yanğın baş verib.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Yardımlı rayonu, Heydər Əliyev küçəsində tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.