Yardımlı sakininin başına qaya parçası düşüb
Hadisə
- 13 iyun, 2018
- 00:57
Bakı. 13 iyun. REPORT.AZ/ Yardımlı rayonunda bədbəxt hadisə zamanı yaşlı kişi ağır xəsarət alıb.
"Report" xəbər verir ki, 1965-ci il təvəllüdlü Abdinov Vətən Abdul oğlu güclü yağış zamanı Yuxarı Astanlı kəndində qayalıq ərazidən keçərkən başına kiçik daş parçası düşüb.
Nəticədə o, ağır kəllə-beyin travması alıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Lakin onun halı pisləşib. Yaxınları yaralını 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə təhvil verib. Həkimlər bildirir ki, artıq onun vəziyyəti sabitdir.
Fakt araşdırılır.
Son xəbərlər
08:14
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:00
Bakı və Ağdaşın bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:51
"Axios": ABŞ Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşma əldə edildiyini açıqlamağa hazırlaşır
Digər ölkələr07:06
WSJ: Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub
Digər ölkələr06:38
Heqset ABŞ-nin raket ehtiyatlarının tükəndiyinə dair məlumatları təkzib edib
Digər ölkələr06:10
AP: Kanadanın qərbində baş verən meşə yanğınları təxminən 230 evi məhv edib
Digər ölkələr05:53
Braziliya hakimiyyəti ABŞ-nin səfirin vizasını ləğv etməsini pisləyib
Digər ölkələr05:12
"Reuters": ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib
Digər ölkələr04:39