Yaponiyada zəlzələ baş verib
Hadisə
- 23 iyun, 2016
- 23:45
Bakı. 24 iyun. REPORT.AZ/ Yaponiyada 5,9 bal gücündə zəlzələ baş verib. "Report"un RİA "Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar ölkənin Yonaquni adasından 102 kilometr cənub-şərqdəki qeydə alınıb. Zəlzələ ocağı 12 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və tələfat haqqında məlumat verilmir. Sunami təhlükəsi gözlənilmir.
Qeyd edək ki, Yaponiyanın yerləşdiyi zona 5 ildən çoxdur yüksək seysmik ərazi hesab olunur. 2011-ci ilin 11 martında ölkənin şimal-qərbində 9 bal gücündə zəlzələ baş verib.
Son xəbərlər
06:18
Bakıda mağazada başlayan yanğın evlərə keçib
Hadisə06:08
Cənubi Afrikada turistlər üçün yeni elektron giriş sistemi tətbiq ediləcək
Digər ölkələr05:29
Britaniyada xəstələrin hüceyrələrindən miniatür insan orqanları yetişdiriləcək
Sağlamlıq05:01
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 265-ə çatıb
Digər ölkələr04:51
ABŞ "Amerika Qalxanı" müttəfiqlərinin hərbi potensialını artırmağa hazırdır
Digər ölkələr04:25
Xersonda dron hücumu nəticəsində iki nəfər ölüb
Digər ölkələr03:34
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Digər ölkələr03:13
Trampın "Truth API" xidmətinə qarşı ABŞ-da məhkəmə iddiası qaldırılıb
Digər ölkələr03:00