Xızı sakinindən narkotik götürüldü
Hadisə
- 09 yanvar, 2021
- 05:16
Xızı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan "Report"a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mahir Kərimov qəsəbə ərazisində tutulub.
Hal şahidlərinin iştirakı ilə onun üzərinə keçirilən baxış zamanı M.Kərimovdan sellofan torbada təmiz çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı M.Kərimov narkotik vasitənin ona məxsus olduğunu etiraf edib.
Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.
Son xəbərlər
17:24
"Sevilya" Robbi Yurun keçidini rəsmiləşdirib
Futbol17:20
Ekspert: "Açıq mənbələrdən məlumatların kütləvi toplanılması ilk növbədə maliyyə riski yaradır"
İKT17:19
ABŞ Oman körfəzində gəmiyə hücum edib
Digər ölkələr17:14
Kataniya aeroportu Etna vulkanının püskürməsi səbəbindən bağlanıb
Digər ölkələr17:12
Şüvəlanda bir il əvvəl itkin düşmüş ahıl qadının qətlə yetirildiyi məlum olub, oğlu tutulub
Hadisə17:09
Video
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 220 nəfəri ötüb - YENİLƏNİB-11
Digər ölkələr17:05
Avropa Komissiyası miqrantlarla bağlı gərginliyi şərh etməkdən imtina edib
Digər ölkələr17:00
Meduzalar Fransanın ən iri AES-nin işini iflic edib
Digər ölkələr16:56