Xırdalanda marketdən 7 min manatlıq oğurluq olub
Hadisə
- 24 yanvar, 2026
- 10:05
Abşeronda marketdən 7 min manatlıq oğurluq olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xırdalan şəhərində zərərçəkən polisə müraciət edərək işlədiyi mağazadan 7000 manatlıq məhsulun oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə 46 yaşlı A.Məmmədov əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxs mağzadan oğurluqları 3 ay ərzində hissə-hissə törədib.
Rayon ərazisində keçirilən digər tədbirlər nəticəsində isə evlərdən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 25 yaşlı K.Şıxəliyev və 44 yaşlı Y.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Faktlar üzrə araşdırmalar aparılır.
Son xəbərlər
15:56
"Formula 1": Corc Rassellin Azərbaycan Qran-prisində liderliyi davam edir - YENİLƏNİR-3
Formula 115:51
"Formula 1": "Aston Martin"in daha bir pilotu Bakıdakı yarışda mübarizəni dayandırıb - YENİLƏNİB
Formula 115:49
Qarayaxma kampaniyasının təşkilatçılarının Azərbaycana girişinin məhdudlaşdırılması istisna edilmir
Daxili siyasət15:34
Pakistanda partlayış nəticəsində 11 nəfər ölüb
Digər ölkələr15:33
Foto
Azərbaycan ABŞ şirkəti ilə enerji keçidi və enerji saxlanc məsələlərini nəzərdən keçirib
Energetika15:21
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Formula 1" üzrə Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar
Formula 115:21
Foto
Azərbaycan Jurnalistlərinin IX Qurultayı oktyabrın 15-də keçiriləcək
Media15:20
Vuçiç və Putin Serbiyaya qaz tədarükünü müzakirə ediblər
Digər ölkələr15:14
Foto