Xırdalanda üç nəfər dəm qazından zəhərlənib

Hadisə
  • 21 dekabr, 2025
  • 23:09
Xırdalanda üç nəfər dəm qazından zəhərlənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən "Report"a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Qeyd olunub ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G. Əliyeva, 1979-cu il təvəllüdlü C. Həsənova və 2013-cü il təvəllüdlü İ. Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara reaksiya vermədiyi və həyati təhlükəli vəziyyətin yarandığı ehtimalı müəyyən olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə əməliyyatı nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrin köməyi ilə açılıb. İlkin ehtimala görə, dəm qazı səbəbindən huşsuz vəziyyətdə aşkar edilən vətəndaşlara ilk yardım göstərilərək dərhal xəstəxanaya çatdırılıblar.

Xırdalanda üç nəfər dəm qazından zəhərlənib

Son xəbərlər

Bütün Xəbər Lenti