Xırdalanda 30 yaşlı qadın itkin düşüb - FOTO
Hadisə
- 06 aprel, 2021
- 12:19
Abşeron rayonu, Xırdalan şəhərində yaşayan 30 yaşlı Əliyeva Cəmilə Telman qızı itkin düşüb.
Bu barədə "Report"a onun bacısı məlumat verib.
O bildirib ki, hadisə 6 gün əvvəl qeydə alınıb:
"Cəmilənin itkin düşməsi, öldürülməsi və ya başına hansı hadisənin gəldiyi barədə heç bir məlumatımız yoxdur. Sadəcə həyat yoldaşı 6 gün əvvəl bizə zəng edib deyib ki, səhər yuxudan oyananda Cəmilənin evdə olmadığını görüb. Bundan sonra Cəmilənin axtarışına başlasaq da, hələ ki, onun haqqında heç bir məlumat əldə edə bilməmişik. Onun 10 yaşında bir oğlu da var. Hadisədən öncə həyat yoldaşı ilə arasında münaqişə zamanı Cəmilənin telefonu qırılıb".
O deyib ki, C.Əliyevanın əqli-qüsuru olmayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Son xəbərlər
14:59
ABŞ-li olimpiya mükafatçısı Kayl Deyk Azərbaycan güləşçisi Arseniy Djioyevlə üz-üzə gələcək
Futbol14:56
AZAL Naxçıvana artan tələbatla bağlı sərnişinlərə müraciət edib
İnfrastruktur14:47
Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-dən çox artırıb
Biznes14:42
PSJ və "Liverpul" klubları Bredli Barkolaya görə danışıqlar aparırlar
Futbol14:36
Türkiyə, Fransa və Almaniya XİN başçıları regional məsələləri müzakirə ediblər
Region14:36
Azərbaycan Çinlə enerji tərəfdaşlığını müzakirə edib - YENİLƏNİB
Energetika14:27
BTQ Hindistanda etiraz edən siqh icması ilə həmrəy olduğunu bildirib
Xarici siyasət14:22
Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq
Biznes14:22