Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 yaşlı uşaq xilas edilib

Hadisə
  • 05 iyul, 2018
  • 04:15
Xəzərdə batma təhlükəsi ilə üzləşən 4 yaşlı uşaq xilas edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Xəzərin Qaradağ rayonu sahilində 4 yaşlı uşaq batma təhlükəsindən xilas edilib.

"Report" xəbər verir ki, hadisə dənizin Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

2013-cü il təvəllüdlü İslamzadə Ayan Ramin qızı valideyn nəzarəti olmadan dənizdə batma təhlükəsi ilə üzləşib. O, atası İslamzadə Ramin tərəfindən sudan çıxarılıb. 

Vəziyyəti pisləşən uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.