Xəzər rayonunda 5 ev, 2 sexdən 20 min manatlıq oğurluq olub
Hadisə
- 18 aprel, 2026
- 17:17
Bakının Xəzər rayonunda 20 min manatlıq oğurluq olub.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs rayon ərazisində yerləşən 5 ev və 2 sexdən pul, məişət əşyaları, elektrikli alətlər, həmçinin kombi aparatı oğurlayıb, nəticədə zərərçəkənlərə ümumilikdə 20 min manata yaxın maddi ziyan vurulub.
Keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı Ş.Abdullayev müəyyən edilərək saxlanılıb. Onun taladığı əşyaların bir hissəsini satdığı məlum olub.
Araşdırma aparılır.
Son xəbərlər
23:33
Kats Suriyaya xəbərdarlıq edib: Əbədi olaraq İsrailin nəzarətində qalacaq
Digər ölkələr23:21
ABŞ Çinlə daha geniş ticarət sazişini nəzərdən keçirir
Digər ölkələr23:01
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
Digər ölkələr22:47
Türkiyə Başika-Zilkan bazasını İraqa təhvil verəcək
Region22:38
Ayxan Abbasov: Tacikistanla matçın ağır keçəcəyini gözləyirdik
Futbol22:20
Ərdoğanla Paşinyan Azərbaycan-Ermənistan sülh prosesini müzakirə ediblər – YENİLƏNİB
Region22:19
İqor Angelovski: Azərbaycanda keyfiyyətli futbolçular çoxdur
Futbol22:11
Suriya Prezidenti İsraillə sülhün şərtini açıqlayıb
Digər ölkələr22:00