Xətai rayonunda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Hadisə
  • 05 fevral, 2015
  • 03:15
Xətai rayonunda liftdə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Bakının Xətai rayonunda liftdə 1 nəfər köməksiz vəziyyətdə qalıb.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə məlumat daxil olub.

FHN-in hadisə yerinə cəlb olunan xilasediciləri doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində texniki nasazlıq səbəbindən dayanan liftin qapısını açaraq vətəndaşların oradan çıxmasına şərait yaradıblar. Əməliyyat saat 04:21-də başa çatıb.

44 - Tezliklə