Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının məhkəməsi başlayıb

Hadisə
  • 10 sentyabr, 2015
  • 11:23
Xalq artistinin keçmiş ərinin evində qətl törədən qadının məhkəməsi başlayıb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Nuriyyə Əhmədovanın keçmiş həyat yoldaşı Xanlar İbadovun evində Sabir Qurbanovu qətlə yetirən Yelena Maxrovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası sentyabrın 17-nə təyin edilib.

Xatırladaq ki, qətl hadisəsi bu il martın 8-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Əvvəllər məhkum olunmuş S.Qurbanov və onunla qeyri-rəsmi nikah münasibətlərində olan Y.Maxrova X.İbadovun evində yaşayıb. Y.Maxrova mübahisə zəminində S.Qurbanovu qətlə yetirib.

Y.Maxrova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.