Xaçmazda qatardan yük boşaldan ekskavator sürücüsü yükün altında qalaraq ölüb - FOTO
Hadisə
- 13 noyabr, 2015
- 14:06
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 noyabr. REPORT.AZ/ Xaçmazda qatardan yük boşaldan ekskavator sürücüsü yükün altında qalaraq ölüb. "Report" xəbər verir ki, hadisə rayonun Çarxı kəndi ərazisndə baş verib.
Belə ki, ekskavatorun sürücüsü Çarxı kənd sakini 38 yaşlı Ələsgər Musayev kəndin ərazisndə dayanan qatardan yük boşaldmaq üçün ona yaxınlaşıb. Ekskavatorun çömçəsi ilə yükü qaldırıb və ehtiyatsızlıqdan ağır məişət tullantıları ilə dolu olan çömçəni ekskavatorun üstünə töküb. Ağır tikinti materiallarından ibarət tullantıların altında qalan Ə.Musayev aldığı xəsarətlər səbəbi ilə hadisə yerində ölüb.
Hadisə yerinə Xaçmaz Rayon Polis Şöbəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Son xəbərlər
09:54
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
09:54
Azərbaycan 9 ayda nəqliyyat və anbar təsərrüfatında 13 milyard manata yaxın gəlir əldə edib
İnfrastruktur
09:37
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Hadisə
09:27
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (17.10.2026)
Maliyyə
09:25
Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Sənaye
09:21
Səudiyyə koalisiyası Yəməndə husilərin iki raket qurğusunu məhv edib
Digər ölkələr
09:15
Azərbaycan Premyer Liqasında bu gün "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq
Futbol
09:10
Füzuliyə köçürülən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Sosial müdafiə
08:41
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
Digər ölkələr