Xaçmazda keçmiş məhkum avtomobil qaçırıb

Hadisə
  • 14 oktyabr, 2019
  • 10:30
Xaçmazda keçmiş məhkum avtomobil qaçırıb

Xaçmazda keçmiş məhkum avtomobil qaçırıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində F.Quliyevə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Rəsulov saxlanılıb və o, hadisəni törətməsini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb.