Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb
- 23 oktyabr, 2025
- 13:28

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.
"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidəki avtomobil yolu ilə kəsişən dəmiryolu keçidinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb.
Nəticədə doğum "VAZ-21010" markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.
TƏBİB-dən "Report"a verilən məlumatda bildirilib ki, oktyabrın 23-ü saat 11:00 radələrində 1985-ci il təvəllüdlü qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Ginekologiya və doğum şöbəsində davam etdirilir, vəziyyəti stabil olaraq qiymətləndirilir".
Faktla bağlı araşdırma aparılır.