Xaçmazda aşkarlanan Qara kərkəs xilas edilərək aidiyyəti üzrə təhvil verilib
Hadisə
- 05 noyabr, 2025
- 20:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xaçmaz şəhəri ərazisində şam ağacında aşkarlanan Qara kərkəs xilas edilib.
"Report"un Şimal bürosu xəbər verir ki, şəhərin Nəriman Nərimanov küçəsində sakinlər avtomobil yolunun kənarındakı şam ağacında böyük quş olduğunu görüblər.
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumuna və Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib. Bundan sonra əraziyə FHN-in xilasediciləri və ekoloqlar cəlb olunub. Yolda avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Quşun Qara kərkəs olduğu müəyyənləşib.
Xilasedicilər kərkəsi şam ağacından götürərək 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına təhvil veriblər.
Son xəbərlər
06:05
BMT-də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
Xarici siyasət
05:48
BMT-nin Baş katibliyinə namizəd təşkilatda genişmiqyaslı islahatların aparılmasına çağırış edib
Digər ölkələr
05:16
ABŞ-də məktəbdə atışma baş verib, dörd nəfər həlak olub - yenilənib
Digər ölkələr
04:43
ABŞ-nin "George H.W. Bush" təyyarədaşıyan gəmisi Ərəbistan dənizinə qayıdıb
Digər ölkələr
04:09
BMT-də Azərbaycanın Cənub-Cənub əməkdaşlığına verdiyi önəmdən bəhs olunub
Xarici siyasət
03:18
Slovakiyada "Moxovtse" AES-nin yeni bloku enerji şəbəkəsinə qoşulub
Digər ölkələr
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr