Xaçmazda baş verən qətllə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Hadisə
  • 20 oktyabr, 2025
  • 11:27
Xaçmazda baş verən qətllə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB

Xaçmazda baş verən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Report"a Xaçmaz rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 19-da saat 19 radələrində Xaçmaz rayonu ərazisində 1981-ci il təvəllüdlü Emin Cəlilovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Rafiq Həbibovun tüfəngdən atəş açaraq Emin Cəlilovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Həbibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Xaçmazda qətl hadisəsi törədilib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1981-ci il təvəllüdlü Cəlilov Emin Nəcimulla oğlu kürək nahiyəsindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

E. Cəlilovu öldürməkdə şübhəli bilinən şəxsin özü polisə könüllü şəkildə təslim olub.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti