Villada partlayış zamanı xəsarət alan "Azəravtoyol"un Aparat rəhbəri Türkiyədə vəfat edib

Hadisə
  • 27 oktyabr, 2016
  • 07:14
Villada partlayış zamanı xəsarət alan Azəravtoyolun Aparat rəhbəri Türkiyədə vəfat edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanov dünyasını dəyişib.

"Report"un xəbərinə görə, hadisədən sonra M.Qurbanov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib.

O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib.  

Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır. 

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Qurbanov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Qurbanlı ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Qurbanlı isə ölüb.

M.Qurbanov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdirilmişdilər. 

44 filmi