Vəkilin intihar etməsi ilə bağlı cinayət işi açılıb
Hadisə
- 01 yanvar, 2024
- 18:47
Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.
Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə bəyan edib ki, qurum ilə vəkil arasında hər hansı isə problem baş verməyib və onun barəsində intizam işi olmayıb.
Son xəbərlər
11:00
Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb
Formula 110:57
Yardımlıda 16 kiloqram narkotik vasitə aşkarlanıb
Hadisə10:57
Foto
Azərbaycanın boks millisi Avropa çempionatında tarixi nailiyyətə imza atıb
Fərdi10:51
Azərbaycan neftinin qiyməti 123 dollara düşüb
Energetika10:36
Axtarışda olan 198 nəfər tutulub
Hadisə10:22
İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırıb"
Biznes10:19
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azərbaycan yeni investisiya mərkəzində
Biznes10:16
UEFA Millətlər Liqasında bu gün İngiltərə İspaniya yığması ilə qarşılaşacaq
Futbol10:16