Üzərində avtomat gəzdirən Bakı sakini tutulub

Hadisə
  • 23 fevral, 2016
  • 08:46
Üzərində avtomat gəzdirən Bakı sakini tutulub

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı sakini üzərində avtomat silahı gəzdirərkən tutulub.

“Report”un məlumatına görə, əvvələr məhkum olunmuş 29 yaşlı Bəhruz Kazımovdan nömrəsi silinmiş AKM markalı silah, 1 ədəd avtomat darağı və 3 ədəd 5,45 mm çaplı patron götürülüb.

Faktla bağlı araşdırma aparılır.