"Uypeşt" - "Neftçi" matçının başlama saatı və stadionu müəyyənləşib

Hadisə
  • 30 iyun, 2018
  • 09:35
Uypeşt - Neftçi matçının başlama saatı və stadionu müəyyənləşib

Bakı. 30 iyun. REPORT.AZ/ "Neftçi"nin Macarıstanda "Uypeşt" komandası ilə keçirəcəyi futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünün başlama saatı və stadionu müəyyənləşib.

"Report"un məlumatına görə, oyun iyulun 19-da Budapeştdəki "Ferents Puşkaş" stadionunda təşkil olunacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Bakıdakı "Dalğa Arena"da keçiriləcək. Oyun saat 21:00-da başlanacaq.