“Ustay” şirkətinin 13 işçisi zəhərlənib
Hadisə
- 16 noyabr, 2019
- 09:45
Sumqayıt şəhərində “Ustay” şirkətində çalışan işçilərin halı pisləşib.
"Report" xəbər verir ki, şirkətin 13 nəfər işçisi narahatlıq hiss edib, onlarda baş gicəllənməsi, ürək bulanması halları qeydə alınıb.
İşçilər “Unikal” klinikasına müayinəyə göndərilib. Onlardan 10-u ambulator müalicəyə buraxılıb. 3 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıb.
Hələ ki, hadisənin səbəbi bəlli deyil.
Həmin ərazidə çalışan digər şirkətlərin işçilərinin səhhətində heç bir problem yoxdur.
Məlumata görə, həmin ərazidə olan zavodlarda qaz sızması aşkarlanmayıb.
Qeyd edək ki, bu gün saytlardan birində Sumqayıt şəhərində qazdan zəhərlənmə olduğu yazılıb. Həmin xəbərdə zəhərlənən şəxslərin SOCAR işçiləri olduğu iddia edilirdi.
Son xəbərlər
11:31
Azərbaycan pambıq lifi ixracından gəlirini 25 %-ə yaxın artırıb
Biznes11:30
"Zəngəzur" elektrik ötürmə xəttində işlərin birinci mərhələsi yekunlaşır
Energetika11:30
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
Futbol11:30
Dankan Norman: Azərbaycan Böyük Britaniyanın mühüm iqtisadi tərəfdaşıdır
Xarici siyasət11:27
AMB: Bəzi xarici investisiya platformalarından istifadə ölkədə təşviq edilir
Maliyyə11:25
Səfir: Böyük Britaniya-Azərbaycan münasibətləri yeni strateji mərhələyə qədəm qoyur
Xarici siyasət11:23
Foto
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl göndərilib - YENİLƏNİB
Biznes11:21
Kəlbəcərə dolu düşüb
Ekologiya11:20