Ukraynada Azərbaycan vətəndaşı qadın alveri ittihamı ilə həbs edilib

Hadisə
  • 19 aprel, 2018
  • 10:23
Ukraynada Azərbaycan vətəndaşı qadın alveri ittihamı ilə həbs edilib

Bakı. 19 aprel. REPORT.AZ/ Ukraynanın Kiyev şəhərində Şevçenko rayon polisi Azərbaycan vətəndaşını insan alveri ittihamı ilə saxlayıb.

"Report"un əldə etdiyi məlumata görə, rayon məhkəməsi 1990-cı il təvəllüdlü Abbasov Orxan Əfqan oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.

O.Abbasov Ukraynadan xaricə kütləvi şəkildə qadın eskort etməkdə ittiham olunur. O isə irəli sürülən ittihamla razılaşmayaraq, hüquqi yardım tələb edib.

44 - Tezliklə