Ucarda yol qəzası olub, ölən və xəsarət alan var
Hadisə
- 19 noyabr, 2020
- 17:46
Ucarda 1 nəfərin ölümü, daha 1 nəfərin ilə xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Qazıqumlaq kəndindən keçən hissəsində qeydə alınıb.
Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü Fikrət Səlimovun idarə etdiyi "Hyundai" markalı minik maşını qoşqulu traktora çırpılıb. Nəticədə minik maşınında olan sərnişin - 1964-cü il təvəllüdlü İradə Əliyeva hadisə yerində ölüb. "Hyundai"ın sürücüsü F.Səlimov isə xəsarət alıb.
Hadisə baş verən magistral yolun Gəncə istiqamətində tıxac yaranıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
08:18
Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:07
Hörmüz boğazında gəmiyə hücum edilib, ekipaj üzvü həlak olub
Digər ölkələr08:05
Foto
Tovuzda su kanalından iki meyit aşkarlanıb
Hadisə07:54
Şotlandiya FIFA seçkilərində İnfantinonu dəstəkləməkdən imtina edib
Futbol07:29
WSJ: Tramp Omanı "günah keçisi"nə çevirir
Digər ölkələr06:48
Kolumbiyada zəlzələnin vurduğu zərər 9,6 milyard dollar qiymətləndirilib
Digər ölkələr06:19
Çində qopmuş hər iki ayağın replantasiyası həyata keçirilib
Sağlamlıq05:46
Ermənistanda fermerlər məhsulların aşağı alış qiymətlərinə görə yolu bağlayıblar
Region05:04