Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları məlum olub – YENİLƏNİB
- 11 iyul, 2026
- 19:15
Yeniliklərdən dərhal xəbərdar olun!
Ucarda sakin, 16 yaşlı Əlisafa Hacıyevin suda batmasının bəzi təfərrüatları məlum olub.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosuna gəncin əmisi Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ailə üzvləri hadisə ilə bağlı məlumatı axşam saat 21:00 radələrində alıblar: "Əlisəfa yaşıdları ilə Qazyan arxına çimməyə gedib. O, burulğana düşərək batıb. Bütün gecəni axtardıq. Kənd sakinləri FHN-in qaynar telefon xəttinə zəng elədilər, dalğıclar göndərildi. Kənd sakinləri, xilasedicilər, dalğıclar, hüquq-mühafizə orqanlarının əməkdaşları səfərbər oldular və Əlisəfanın meyitini tapıb verdilər. Onun meyiti batdığı yerdən təqribən 150 metr aralıdan tapıldı".
Əmisi bildirib ki, Ə.Hacyev 9-cu sinfi bitirib, hərbçi olmaq istəyirmiş. O, ailənin tək oğul övladı idı. Gənc ilk dəfə imiş yaşıdları ilə Qazyan arxına çimməyə gedibmiş.
Xatırladaq ki, hadisə iyulun 10-da olub. 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlu Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində boğulub.
Ucarda suda batan 2010-cu il təvəllüdlü Hacıyev Əlisafa Məhəmməd oğlunun meyiti tapılıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, onun meyiti rayonun Rəstəcə kəndi ərazisindən keçən su arxında batdığı yerdən təxmini 500 metr aralıda tapılıb.
Faktla bağlı araşdırma aparılır.