Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin son durumu açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 24 dekabr, 2025
  • 11:45
Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin son durumu açıqlanıb - YENİLƏNİB

Ucarda sahibsiz itlərin hücumuna məruz qalan şəxsin son durumu açıqlanıb.

TƏBİB-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 10:30 radələrində it dişləməsi səbəbilə 1 nəfər Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Qeyd olunub ki, 1964-cü il təvəllüdlü pasiyentə bədənin müxtəlif nahiyələrinin didilmiş, cırılmış açıq yaraları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib, quduzluq əleyhinə peyvənd olunub.

Məlumata görə, vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

Ucar rayonunda sahibsiz itlər 61 yaşlı kişiyə hücum edib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə rayon mərkəzinin 28 May küçəsində qeydə alınıb.

Yaşadığı binanın həyətində sahibsiz itlərin hücumuna məruz qalan 61 yaşlı Rəhman Əsgərov müxtəlif xəsarətlər alıb. Ətrafdakı sakinlərin ilkin yardımından sonra onu xəstəxanaya aparıblar.

Son xəbərlər

Bütün Xəbər Lenti