Ucarda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb
Hadisə
- 25 avqust, 2017
- 07:59
Bakı. 25 avqust. REPORT.AZ/ Ucar rayonunda dəmir yolu stansiyasında rels altlıqları və bolt-qayka oğurlanıb.
"Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 24-də Ucar Dəmir Yolu Stansiyası ərazisindən 66 ədəd rels altlığı və 154 ədəd bolt-qayka oğurlamaqda şübhəli bilinən Ucar şəhər sakini Orxan Əsgərov həmin əşyaları Yevlax şəhər sakini olan bir nəfərə satarkən saxlanılıb.
V.İmamquliyevə məxsus “QAZ-2401” markalı avtomobilə baxış zamanı 25 ədəd rels altlığı və 19 ədəd bolt-qayka aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
00:56
UEFA Millətlər Liqasında I turun növbəti oyunları keçirilib
Futbol00:27
Salyanda qadın avtomobilini aşırıb, xəsarət alanlar var
Hadisə00:11
Salyanda "TIR" avtomobillə toqquşub, 5 nəfər xəsarət alıb
Hadisə00:00
İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib
Daxili siyasət00:00
Azərbaycanda Anım Günüdür
Qarabağ23:57
Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb
Xarici siyasət23:50
Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib
Region23:39
Tovuzda iki gənc qızı avtomobil vurub
Hadisə23:27