Türkiyədən qanunsuz soyuq silah gətirilməsi cəhdinin qarşısı alınıb

Hadisə
  • 07 aprel, 2018
  • 06:51
Türkiyədən qanunsuz soyuq silah gətirilməsi cəhdinin qarşısı alınıb

Bakı. 7 aprel. REPORT.AZ/ Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla soyuq silahın gətirilməsi cəhdinin qarşısını alıblar.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən saxlanılıb və müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama aparılıb. Malların yoxlanılması zamanı, vətəndaşın çantasının içərisində gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə